R.Börn Maranelloya qayıdır

Bu gün Maranelloda təsdiq ediblər ki, məşhur konstruktor Rori Börn Skuderiyanın 2014-cü il üçün nəzrdə tutulmuş şassisi üzərində işə cəlb […]

Bu gün Maranelloda təsdiq ediblər ki, məşhur konstruktor Rori Börn Skuderiyanın 2014-cü il üçün nəzrdə tutulmuş şassisi üzərində işə cəlb olunub. Xatırladaq ki, Mixael Şumaher əvvəlcə Benetton-da, sonra da Ferrari-də bütün yeddi çempionluq titulunu Börnün hazırladığı maşınlarla qazanıb.

La Gazetta Sportiva qəzeti yazıb ki, 69 yaşlı Börn yeni Ferrari maşının təsdimatına da qatılıbmış və almaniyalı bir jurnalistə öz gələcək planlarından danışıb. Amma Almaniyada dərc olunan müsahibə idman ictimaiyyəti tərəfindən birmənalıq arşılanmayıb, lakin bu gün komanda təsdiq edib ki, Börn həqiqətən yeni müqavilə imzalayıb.

Cənubi afrikalı mühəndis Formula1-də böyük uğur qazanıb – onun hazırladığı maşınlar ümumilikdə 99 Qran Pridə qələbəni bayram ediblər. Amma bir neçə il əvvəl Börn məzuniyyətə çıxmış, Tailanda köçmüş, orada sualtı üzgüçülük mərkəzi açmışdı.

Britaniyalı ekspert və şərhçi Ceyms Allen hesab edir ki, Rori Börn kimi təcrübəli məsləhətçinin dəvət olunmasına müəyyən səbəblər var idi. Vaxtılə Benetton və Ferrari komandalarında Börnə silahdaşlıq edən, hazırda isə Mercedes AMG komandasının başçısı olan Ross Braun bu səbəbləri belə izah edib: “Yeni turbomotorlar Mercedes AMG və Ferrari komandalarının qarşısında yeni imkanlar aça bilər: onlar motor istehsalçıları və şassi qurucuları arasında işi birləşdirə bilərlər. Digər komandalar isə şassilərini təchizatçıdan aldıqları motorlara adaptasiya etməli olacaqlar.”

Maranelloda artıq iki konstruktor qrupu fəaliyyət göstərir: onlardan biri Simone Restanın başçılığı altında F138-in təkmilləşməsi ilə məşğur olur, digəri isə Fabio Montekkinin başçılığı altında gələn ilin maşını üzərində çalışır. Rori Börn komandanın baş konstruktoru Nikolas Tombasisə perspektivli layihəni düzgün istiqamətə yönəltməyə kömək edəcək.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*