Keçmiş Formula1 sürücüsü Rubens Barrikellonun oğlu keçən həftə Braziliyada keçirilən rəsmi yarışlarda debüt edib: 11 yaşlı Eduardo kartinq üzrə San Paulu Kubokunda gücünü sınayıb. Mini Max Rotax sinfinin iki yarışında balaca Dudu 7-ci və 10-cu yerləri tutub.
Yarış öncəsi Dudu etiraf edib ki, debütünə çox sevinir, amma bir az həyəcanlıdır. Atası isə ona nəticə barədə düşünməməyi tövsiyyə edib: “Sadəcə yarışlardan həzz almağa çalış.”
Duda atasını məyus etmətib və hər iki yarışda finiş görüb və atasına deyib: “Sən mənə dediyini elədim və mübarizə aparmağa çalışdım.”
Rubens yerli KİV üçün oğlunun debütünü şərh edib: “Əlbəttə, onu real trasda sükan arxasında görmək çox xoş idi – onun müsahibə verməsi, mühəndisi ilə ünsiyyəti maraqlı idi, müsahibə verməsi isə gülməli idi. Oğlumun gözlərinin yanmasını görmək məni çox sevindirdi. O mənim oğlum olduğu üçün ondan yaxşı nəticələr gözləyirlər. Amma mən narahat deyiləm, hər şey zamanla gələcək…”