Çempionatın lideri Brawn GP komandası Spada cəmi iki xal qazanıb – Rubens Barrikello yarışı yeddinci yerdə başa vurub. İlişmə muftasında problemlər üzündən braziliyalı sürücü yaxşı start ala bilməyib, amma komanda strategiyaya operativ düzəlişlər edib, Rubens isə trasda sürətli olub…
Rubens Barrikello: “Əslində mən yeddinci yerdən razı olmalıyam. Bu gün biz daha yaxşı nəticə göstərə bilərdik, amma startdakı ilişmə muftasının problemi üzündən podiumu əldən verdim – biz strategiyanı dəyişməli olduq, birinci dövrədəcə maşının baklarına xeyli yanacaq vurdular, mən trasda daha çox qaldım, vacib mövqelər qazandım.
Yarış maraqlı keçdi, Blanchimont döngəsində Mark Uebberi keçməyim yaxşı anlardan biri oldu. Son dövrələrdə motor yağının sızması narahatlığa səbəb oldu, amma maşın sürətini saxladı və mən finiş görə bildim.”