Bu gün Amerikanın Sebring İnternational Raceway trasında Rubens Barrikello ilk dəfə öz gücünü İndycar maşınının sükanı arxasında sınayıb.
Rubensin dostu və həmyerlisi Toni Kanaanın çıxış etdiyi KV Racing komandası Formula1 veteranını ikigünlük testlərə dəvət edib.
Rubens bu yaxınlarda O Estado de S.Paolo qəzetinə müsahibəsində demişdi ki, əgər Dallara-Chevrolet-in kokpitində Formula1 maşınının sükanı arxasında aldığım ləzzəti ala bilsəm, “İndyCar-da çıxışım barədə düşünə bilərəm, axı mən yarışları sevirəm…”
Sebrinq Avropa tipli trasdır və İndyCar iştirakçıları burada 2.7 km-lik konfiqurasiyada çalışırlar. Bu testlərdə komandalar yeni Dallara DW12 şassisinin davranışını öyrənəcəklər…