Almaniyada dərc olunan Auto Motor und Sport qəzeti Barselona testlərinin yekununu təhlil edərkən maraqlı nəticələrə nail olub – jurnalistlər RB9-un düz yolda ən yavaş maşın olmasını müəyyən ediblər.
Mövsümöncəsi testlərin son iki günündə komandaların işlərini öyrənən jurnaistllər görüblər ki, RB9 Barselona trasının start-finiş düzlüyündə maksimum 307.7 km/saat sürət yığa bilib. Bu nəticə birinci olmuş Marussia maşınına 12.8 km/saat uduzur.
Rusiya komandasından sonra reytinqdə Ferrari, Sauber və Force İndia komandalarının maşınları gəlir – 316.7 km/saat. McLaren və Lotus maşınları düz yolda maksimum 314.9 km/saat nəticə göstərə biliblər. Toro Rosso və Williams maşınları isə RB9-dan düz yolda 5.1 km/saat sürətli olublar.
Xatırladaq ki, keçən illlərdə də Red Bull maşınları elə sürətli olmurdular, keçən il isə RB8 yalnız maşınında KERS olmayan Marussia maşınlarından sürətli idi. Amma belə yavaş olması Ədrian Nyuinin beyin məhsuluna son üç ildə hər iki titulu qazanmağa mane olmur…