F-1.az xatırladır ki, Avstriya təmsilçisi yeni bolidi olan RB14-ü kamuflyajlı boyanmada təqdim etmişdi. Fanlar kamuflyajlı rəng çalarlarını sevsələr də, komanda mövsüm başlanmamışdan əvvəl yeni rəng çalarını təqdim edəcəyini bildirmişdi.
Gözlənildiyi kimi Red Bull komandası bu gün əsl rəng çalarını təqdim edib. Boliddə ənənəvi rənglər istifadə edildiyi halda, 2016-cı ildəki mat tonlara qayıdış edilib…