Ravin Ceyn Ferrari-nin yeni baş strateqidir

Komandanın yeni rəhbəri Frederik Vassyör artıq islahatlara başlayıb və xəbər verdiyimiz kimi, İnaki Ruedanı baş strateq vəzifəsindən azad edərək başqa bölməyə keçirib.

F-1.az xəbər verir ki, əvvəl strategiya komandasının üzvü olan Ravin Ceyn bundan sonra komandanın yarışlardakı strategiyalarına birbaşa cavabdeh şəxs olacaq.

Xatırladaq ki, keçən mövsüm Ferrari-nin uğursuzluqlarından biri də məhz strategiya ilə əlaqələndirilirdi və çox tənqid edilirdi. Ruedanın başçılıq etdiyi şöbə bir neçə yarışda çox ciddi səhvlərə yol verərək qələbənin əldən getməsinə səbəb olmuşdu.

Komanda daxilində digər vəzifə bölgüləri də olub. Məsələn, Rolan Mekis bundan sonra komandanın əməliyyat fəaliyyətlərinə yönələcək. Sürücülər və sponsorlarla bağlı qərarlar, o cümlədən media ilə əlaqə məsələləri Vassyörün səlahiyyətində olacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*