Rast və Hyuz McLaren-də yarışacaqlar

Formula E-də debüt etməyə hazırlaşan NEOM McLaren komandası qarşıdan gələn mövsüm üçün heyətini açıqlayıb.

F-1.az xəbər verir ki, müqaviləsi əvvəlcədən imzalanmış Rene Rastın komanda yoldaşı Ceyk Hyuz olacaq. Hyuz əvvəlki iki mövsümdə Mercedes-in ehtiyat sürücüsü olub və indi elektrik seriyasında tam bir mövsüm keçirmək şansı qazanıb.

Zek Braun, McLaren Racing-in baş direktoru: “Mən komandamızın Formula E-də debüt mövsümündə heyətini elan etməkdən məmnunam. Ceykin formulalarda zəngin və uğurlu təcrübəsi var və ehtiyat pilot kimi Formula E ilə artıq tanışdır.

Rene müxtəlif yarış seriyalarında, o cümlədən Formula E yarışlarında daha zəngin təcrübəyə malikdir. Hesab edirəm ki, belə bir cütlük komandamız üçün çox vacibdir və NEOM McLaren-in ilk mövsümdə ayağa qalxmasına kömək edəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*