Rassellin yeni yarış mühəndisi var

Gənc sürücü Mercedes-dəki ikinci mövsümünün başlanması ərəfəsində yeni yarış mühəndisinə sahib olub.

F-1.az xəbər verir ki, onun keçmiş mühəndisi Rikkardo Muskoni yarış əməliyyatları komandasından ayrılıb. Onu əvəzləyən isə əvvəllər performans mühəndisi olmuş və lazım gələrsə, ehtiyat yarış mühəndisi kimi fəaliyyət göstərən Markus Dadli olacaq.

Xatırladaq ki, Dadli keçən il Avstriya Qran Prisində Lyuis Həmiltonun yarış mühəndisi Peter Bonninqtonu əvəz etmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*