Rassellin mühərrikini təmir etmək mümkün olmayıb

Gənc britaniyalı sürücü Avstraliya Qran Prisini mühərrikə görə başa vura bilməmişdi.

F-1.az xəbər verir ki, Corc maşının arxasından əvvəlcə tüstü, daha sonra isə alov çıxdığı üçün yarışı tərk eləmişdi.

Maşın bazaya qaytarılaraq yoxlanılan zaman məlum olub ki, əgər elektron komponentlərin bəziləri gələcəkdə hələ də istifadə oluna bilsə də, mühərrikin iç hissələri ciddi zədə alıb.

Nəticədə, Rassell artıq dördüncü yarışda mövsüm üçün icazə verilən üç daxiliyanma mühərrikindən ikincisini alacaq.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*