Rassell maşından razı qalıb

Artıq xəbər verdiyimiz kimi, Mercedes də Silverstounda çəkiliş günü təşkil edən komandaların siyahısına qoşulub.

F-1.az xəbər verir ki, hər iki sürücü yeni maşınla minimal sayda dövrə vursa da, onun haqqında müəyyən qənaətlərə gəliblər.

Corc Rassell: “W14 ilə trasa çıxmaq əladır. Hava soyuq və rütubətli idi, amma maşın yaxşı gedirdi və icazə verilən qədər dövrə vurduq. Komanda ilk tam testlərin Bəhreyndə baş tutacağını və maşın barədə daha geniş məlumatları onda əldə etmək mümkün olacağını bilir. Bununla belə, maşın trasda əla görünürdü – indiyə qədər hər şey yaxşıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*