F-1.az xəbər verir ki, yarışdan sonra Sky Sports-a danışan niderlandlı sürücü Mercedes-li həmkarının hərəkətinə emosional reaksiya verib. Corc da öz növbəsində ona cavab verib.
Corc Rassell: “Mən döngənin iç tərəfində idim və düşünürəm ki, sürücülər çöl tərəfdə olanda riskləri çox yaxşı başa düşürlər. Mən burada döyüşmək və qalib gəlmək üçün gəlmişəm, sadəcə çempionata rəhbərlik etdiyi üçün təslim olmaram.
O, çöldə qalmaq istəyəndə çox təəccübləndim. Bu, küçə trasıdır, onun itirəcəyi çox şey var, amma bizim heç bir təmasımız qəsdən deyildi. Mən döngəni təmiz dönmək üçün əlimdən gələni etdim və onun mənimlə xarici radiusda döyüşmək qərarına gəlməsi çox təəccübləndirdi.
Düzünü desəm, Maksın bu qədər qəzəbli olması məni təəccübləndirdi. O, yenə də yekunda üçüncü yeri tutub. Maks kifayət qədər təcrübəlidir və bilir ki, rəqibə xarici radiusda hücum etsəniz, içəridə olan birinin maşınınıza çırpılması riski həmişə var”.