Ralf Boşunq 96-cı yarışında ilk qələbəsini qazanıb

Bəhreyndə Formula1 həftəsonuna dəstək yarışı çərçivəsində gənc sürücülərin Formula2 seriyasında mövsümün ilk qısa (sprint) yarışı baş tutub.

F-1.az xəbər verir ki, reversiv starta görə pouldan start alan Ralf Boşunq ilk döngədə liderliyini qoruya bilib. İkinci cərgədən start alan DAMS komandasının sürücüləri Artur Lekler və Ayumu İvasa ikinci yerdən start alan Roman Staneki qabaqlayıblar. Bir neçə döngədən sonra İvasa komanda yoldaşını da arxada qoyub.

Yarışın ortasına doğru 5-ci cərgədən start alan ART GP komandasının sürücüləri Viktor Marten və Teo Purşer rəqiblərini bir-bir keçərək artıq podium zonasına yaxınlaşıblar. İvasa, Marten və Purşer arasında mövqe dəyişiklikləri imkan verib ki, Niderlandın Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Dennis Hauqer də bu üçlüyə çatsın.

Dennis önündəki sürücülərin təkərlərini mübarizədə kifayət qədər yeyildiyini görərək hücuma atılıb. Əvvəlcə Teonu arxada qoyan norveçli sürücü daha sonra İvasanı da üstələyib və yekunda Viktoru da ötməyi bacarıb.

Təkərləri tam yeyilən Purşeri MP Motorsport komandasının digər sürücüsü Cehan Daruvala da keçməyə cəhd edib, amma fransalı sürücü 5-ci yerini qoruya bilib.

Qələbəyə isə 11 saniyəlik fərqlə Ralf Boşunq sevinib. İsveçrəli sürücü 7-ci mövsümündə ilk dəfə podiumun zirvəsinə qalxıb. Podiumu Dennis Hauqer və Viktor Marten tamamlayıblar.

Sabah Bakı vaxtı ilə saat 14:20-də baş tutacaq əsas yarışla Bəhreyn həfəsonuna yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*