F-1.az xatırladır ki, Force İndia komandası keçən mövsümün ortasında Lourens Strollun rəhbərlik etdiyi konsersium tərəfindən satın alınmış və adı Racing Point olaraq dəyişdirilmişdi. Yeni mövsümdə komandanın rəhbəri Otmar Safnauer, sürücüləri isə Serxio Peres və Ləns Stroll olacaq.
Komanda yeni rəng çalarını Torontoda təqdim edib. Racing Point gözlənildiyi kimi SportPesa ilə titul sponsoru müqaviləsi bağlayıb. Bundan başqa artıq İngiltərə lisenziyası ilə yarışacaq olan komanda BWT ilə də tərəfdaşlığı davam etdirib. Buna görə də komandanın çəhrayı rəngi qorunub, amma SportPesa-ya görə bolidin müxtəlif yerlərində mavi rəngdən istifadə edilib. Komandanın yeni adı isə SportPesa Racing Point F1 Team olacaq.