F-1.az bildirir ki, Kanadada ilk dəfə Formula1 bolidinin təqdimatı olacaq. Təqdimat Kanada Beynəlxalq Avtomobil Sərgisindən iki gün əvvəl Metro Toronto Konqress mərkəzində olacaq. Tədbirdə Ləns Stroll, Serxio Peres və komandanın idarə heyəti iştirak edəcək. Burada komandanın adı və loqotipi ilə yanaşı yeni rəng çalarları da təqdim ediləcək.
Racing Point təqdimat tarixini açıqlayıb
2018-ci ildə maliyyə böhranı yaşayan və daha sonra Lourens Stroll tərəfindən satın alınan Racing Point komandası 2019-cu ilin bolidini fevralın 13-də Torontoda təqdim edəcək.