F-1.az bildirir ki, FİA-nın iştirakçı siyahısında bəzi dəyişikliklər var. Bunlardan biri də Racing Point komandasında mühərrik adında olan dəyişiklikdir. Hazırda rəsmi adı SportPesa Racing Point olan komanda bu mövsüm BWT-Mercedes markalı mühərriklə yarışacaq. Qeyd edək ki, BWT 2017-ci ildən komandanın sponsorudur.
Xatırladaq ki, daha əvvəl Red Bull komandası 2016-cı ildə Renault mühərriklərini TAG Heuer olaraq markalandırmışdı.