F-1.az xatırladır ki, “çəhrayılar” Barselonadakı testlərdə yaxşı performans göstərməmişdilər. Lakin Safnauer bilərək güclərini gizlətdiklərini deyib: “Qış testləri əsas hədəflərimizi göstərdi və müsbətyönlü nəticələr aldıq. Ancaq Melburndakı maşın fərqli olacaq. Onu təkmilləşdirmək və ilk yarışda maksimum nəticə almaq üçün taktiki qərar verdik. Testlərdə gücünüzü gizlətməlisiniz. İnanırıq ki, bu taktikanın bəhrəsini görəcəyik. 2019-cu ilə enerji ilə başlayırıq. Yeni tərəfdaşlarımız var və bu da yeni sərmayələr deməkdir. Amma bu sərmayənin performansa dönməsi üçün vaxt lazımdır. RP19-un əksər hissəsi komanda satılmamışdan əvvəl yığılıb. Buna görə də bizimçün keçid ilidir. Builki məqsədimiz inkişaf etməkdir”.
Racing Point Melburna yeni bolid gətirəcək
Racing Point komandasının rəhbəri Otmar Safnauer bildirib ki, Melburn yarışına qış testlərindəkindən fərqli bolid gətirəcəklər.