F-1.az xatırladır ki, meksikalı sürücünün testi pozitiv çıxıb və bu həftəsonu yarışa bilməyəcək. Əksəriyyət Peresin əvəzinə Qutyerresin yarışacağını düşünsə də, Britaniya mətbuatının xəbərinə görə, Racing Point təcrübəli Hülkenberqlə yarışmaq istəyir.
Hələki rəsmi açıqlama yoxdur, amma almaniyalı sürücü 2012, 2014-2016-cı illərdə Force İndia-da yarışıb. Ancaq Niko Hülkenberq də koronavirus testindən keçməlidir.
Peresin növbəti həftə də yarışması gözlənilmir. Çünki Çeko növbəti iki həftə ərzində karantində qalmalıdır.
Racing Point komandasının ehtiyat sürücüləri Esteban Qutyerres və Stoffel Vandorndur. Ancaq Vandorn gələn həftə Berlində Formula E yarışına çıxacaq və ona hazırlaşır. Esteban Qutyerres isə son F1 yarışına 2016-cı ildə çıxıb. Buna görə də Racing Point sabiq sürücüsü Niko Hülkenberqi istəyir.