Racing Point gələn il 3-cü olmağa ümid edir

Racing Point komandasının sahibi Lourens Stroll ümid edir ki, gələn il üçüncülük uğrunda mübarizə apara biləcəklər.

F-1.az xatırladır ki, mövsümün ortasında kanadalı milyarder iflas edən Force İndia komandasını satın almış və adını Racing Point olaraq dəyişmişdi. Dünən isə Lourens oğlu Ləns Strollu rəsmən komandaya transfer edib.

Lourens Stroll: “Buraya eqom və ya da pul xərcləmək üçün gəlməmişəm. Uzunmüddətli işdir. Digər işlərim olan Tommy Hilfiger, Michael Kors kimi.

Gələcəkdə bonusların paylanmasında kiçik komandalara da yaxşı pullar veriləcək. Bu, yaxşı addımdır və Çeyz Keri ilə bu barədə çox danışmışıq. 2021-ci ildən sonra bu iş yaxşı pul gətirəcək.

Yaxşı investisiya qoyaraq və doğru işləyərək gözləntiləri artıqlaması ilə qarşılaya bilərik. Ümid edirəm ki, üçüncülük uğrunda mübarizə apara bilərik”.

Xatırladaq ki, Force İndia komandası 2016-cı və 2017-ci illərdə mövsümü 4-cü yerdə bağlamışdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*