Racing Point da törəmə komandalara qarşıdır

Renault Sport-un rəhbəri Siril Abitebuldan sonra Racing Point komandasının texniki direktoru Əndi Qrin də törəmə komandalardan şikayət edib.

F-1.az xatırladır ki, Toro Rosso uzun illərdir Red Bull-un, Alfa Romeo və Haas isə Ferrari-nin törəmə komandalarıdır. Lakin Racing Point və McLaren kimi müstəqil komandalar bu cür tərəfdaşlığa qarşıdırlar. Bu barədə Əndi Qrin öz fikirlərini bildirib: “Alfa Romeo və Haas hazırda Ferrari-dən kömək alırlar. Eyni hal Toro Rosso və Red Bull komandaları üçün də keçərlidir. Belə olan halda törəmə komandalar da inkişaf edirlər və bir-birilərinə yaxınlaşırlar. Bizim üçün, Renault və McLaren kimi komandalar üçün işlər get-gedə daha da çətin olacaq. Yeni üsullar düşünməliyik”

Mercedes Motorsport-un rəhbəri Toto Volff isə bildirib ki, törəmə komandalarla mübarizə aparmaq üçün müştəri komandaları ilə daha yaxından işləyəcəklər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*