F-1.az bildirir ki, komandanın yeni sahibi Lourens Strollun Racing Point adı ilə əlaqəsi yoxdur və yeni ad üçün danışıqlar gedir.
Otmar Safnauer: “Bu ad müvəqqətidir. Yeni ad 2019-cu il mövsümündən əvvəl açıqlanacaq”.
Qeyd edək ki, komanda və şassi adı dəyişmək əvvəlki kimi çətin deyil. Çünki FİA-nın yeni qaydalarına əsasən, F1 komissiyası və digər komandaların razılığı məcburi deyil. Sadəcə FİA-ya baş vurub, bürokratik işləri düzgün yerinə yetirmək lazımdır.