F-1.az xatırladır ki, əvvəlki Force İndia komandası keçən ilin ortasında Lourens Stroll tərəfindən alınmış və yeni mövsümə 20 faiz daha çox büdcə ilə (140 milyon dollar) başlayacaqlar.
Otmar Safnauer: “Əvvəl 400 işçimiz olduğu halda, bu ildən 425 işçimiz olacaq. Yavaş-yavaş böyümək istəyirik. Az-az işçi götürürük. Bu il daha 50 işçi götürməyi planlaşdırırıq. Mövsümün sonunda 475 işçimiz olmalıdır. Yeni binalar tikməli və dəzgahlar almalıyıq”.
Komandanın texniki direktoru Əndi Qrin də vəziyyətdən razıdır: “Axır ki, səkkiz yaşı olan və köhnə Windows sistemli kompüterlərdən qurtulduq. Artıq yeni noutbuklarımız var. Hazırkı maşın komanda satılmadan əvvəl yığılmağa başlanmışdı. Buna görə də bəzi şeyləri daha fərqli edə bilərdik. Ancaq pulun gələcəyini bilmirdik. Pulu performansa əks etdirmək vaxt aparacaq. Artıq detallarımız istədiyimiz vaxtda gəlir. Bu, bizim üçün yaxşıdır. Artıq normal komanda oluruq. Gələn il daha da inkişaf etmək istəyirik. İndidən gələn ilin bolidi üzərində işləyirik”.