R.Taffen: “2015-ci ildəki zəif start bizə pis təsir etdi”

Renault-nun baş motorçusu Remi Taffen bildirib ki, 2015-ci il mövsümünə pis başlamaları onların sonrakı performansına təsir edib.

F-1.az xatırladır ki, Renault motorçuları Red Bull-la birlikdə çempionluqlar qazandıqdan sonra turbo mühərriklər erasına pis başlamış və tarixinin ən pis mühərriklərindən birini istehsal etmişdilər. Fransalıların uğursuzluğu keçən il də davam etmiş və Red Bull komandası Renault ilə yollarını ayırma nöqtəsinə gəlmişdi. Amma daha sonra Avstriya təmsilçisi digər istehsalçılarla razılaşa bilmədiyi üçün Renault ilə davam etmək qərarı almışdı.

Fransızlar bu il son iki ilə niabətən yaxşı performans göstərərək Red Bull-un yenidən zirvəyə qayıtmasında önəmli rol oynayıblar.

Remi Taffen: “2015-ci ildəki pis başlanğıc bizə mənfi təsir etdi. Hər şeyi dondurmaq qərarına gəldik. Texniki və siyasi cəhətdən çox çətin idi. Müştərimiz olardımı? Başqa bir komandanı satın alardıqmı? Detalları bir yerə yığmaq hamı üçün çətin idi. Amma 2015-ci ilin ikinci yarısnda göstərdik ki, yaxşı işlər görə bilərik.

İnsanlar dəyişmədi. Hələ də eyni və yaxşı insanlar var. Bu əsas təşkilat işidir. Biz bu nöqtədə itirdik. Ən doğru texnologiyanı tapa bilmədik. Tapmaq üçün isə bizə bir neçə il lazım oldu. Bunu keçən il etməli idik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*