F-1.az xatırladır ki, rusiyalı sürücü Formula2-də iki mövsüm keçirəndən sonra özünə Formula1-də yer tapa bilməyib. Belə görünür ki, o yaxın illərdə Formula1-ə yüksələ bilməyəcək və buna görə də başqa seriyalara fokuslanmalıdır.
Robert Şvartsman: “2023-cü il üçün bir neçə alternativim var. Bir neçə təklif aldım və görək nə olur. Aktiv formada yarışmaq istəyirəm, amma Formula1-dən də qopmaq istəmirəm. Buna görə də ehtiyat sürücü kimi Ferrari-də qalacam. Bununla bərabər başqa seriyalarda yarışmaq istəyirəm.
2021-ci ildə Formula2-də Piastridən sonra ikinci oldum. Təbii ki, F=çempion olsam, mənə üstünlük verərdi, amma bəzi səbəblərə görə hər şeyi bir araya gətirə bilmədim. Oskar da əla mövsüm keçirdi.
Bu mənim zəif olduğumu göstərmir. Sadəcə bəzi şeylər tərs getdi. Bundan dərs çıxarmalıyam. Yenə də indiki dövrə köklənmişəm”.