F-1.az xatırladır ki, builki reqlamentə görə komandalar mövsümboyu ən az iki sərbəst yürüşlərdə gənc sürücüyə yer verməlidirlər. Buna görə də Robert mövsümün ikinci yarısında F1-75-in sükanı arxasına keçəcək.
Qeyd edək ki, rusiyalı sürücü ölkəsinə gələn sanksiyalardan sonra doğulduğu ölkə olna İsrailin lisenziyası ilə çıxış edir.
Robert Şvartsman: “Həyəcanlıyam. Hansı həftəsonlarında sükan arxasına keçəcəm bilmirəm. Lakin əminəm ki, əla olacaq. Yarış həftəsonunda Ferrari sürəcəm və qürurluyam. Bzada simulytorda işləyərək mühəndislərə də kömək edirəm. Simulyator maşınını təkmilləşdirmək və reallığa yaxınlaşdırmaq üçün çox vaxt keçirdik. Artıq bunun nəticəsini görmək üçün səbirsizlənirəm”.