F-1.az xəbər verir ki, gənc sürücünün bu il yarış həftəsonlarındakı fəaliyyəti də məlum olub.
Robert Şvartsman: “Komandada yeni rolum və yeni vəzifəm var. Məni çoxlu yeni şeylər gözləyir, ona görə də maraqlı olacaq. Bu il komanda ilə yarışlara gələcəyəm və simulyatorda çox vacib işlər görəcəyəm.
Bundan əlavə, SF-23-ün sükanı arxasında iki cümə günü məşqində iştirak edəcəyəm. Mən bu anı səbirsizliklə gözləyirəm”.