F-1.az xəbər verir ki, Ralf Şumaxerin 16 yaşlı oğlu David keçən bazar DKM-in (Almaniya Kartinq Çempionatı) Ampfinq trasında baş tutan ilk yarışında qalib gəlib. Əslində yarışı ikinci yerdə başa vuran David birinci yeri tutmuş sürücünün cərimələnməsindən sonra qalib elan olunub. O, ikinci yarışa pouldan başlayıb. Təkərlərdəki problemə baxmayaraq, yarışı ikinci yerdə başa vura bilib.
David Şumaxer: “Yarışı ilk üçlükdə başa vuracağıma inanırdım. Hər iki yarışda qələbə qazanmağı mövsümün əvvəlində ancaq arzu etmək mümkündür. İkinci yarış mənim üçün çətin keçdi. Startda təkərləri zədələdim və bu da qələbə qazanmaq şansımın üstündən xətt çəkdi”.
Qeyd edək ki, Şumaxer ilk iki yarışdan sonra şempionatda ən yaxın rəqibini 15 xal qabaqlayır. O, uğurlu çıxışını davam etdirərsə, gələn il Formula4-də atasına məxsus US Racing komandasının tərkibində iştirak edə bilər.