F-1.az xatırladır ki, meksikalı sürücü son yarışlarda komanda yoldaşı Ferstappenə qarşı aqressiv çıxışlar etmişdi.
Red Bull isə mövsüm bitən kimi sabiq sürücüsü Rikkardonu test və ehtiyat pilot kimi komandaya gətirib.
Ralf Şumaxer: “Peresin 2024-cü ildə Red Bull-da qalacağına əmin deyiləm. Məncə, Rikkardonun şansı daha yüksəkdir. Daniel pərdə arxasında aqressiv olmalıdır. Maks bəlkə də yeni komanda yoldaşı istəyir”.