F-1.az xatırladır ki, Haas komandası keçən ilin sonunda Mik Şumaxerlə yollarını ayırmışdı. Əslində o vaxtlar almaniyalı sürücünün adı AlphaTauri ilə hallansa da, İtaliya komandası sonda Formula E üzrə Dünya Çempionu Nik de Frizdə qərar qılmışdı.
Lakin niderlandlı sürücü bu il gözləntiləri qarşılaya bilmir və indiyə kimi komanda yoldaşı Yuki Tsunodadan geridə qalır. Hətta hazırda Loqan Sarcentlə birgə xal qazana bilməyən iki sürücüdən biridir. Bu da 28 yaşlı sürücünün tənqidlərə tuş gəlməsinə səbəb olur. Onun artıq əvəzlənməsi gündəmdədir.
Ralf Şumaxer: “Nik çox yaxşı və uğurlar qazanmış sürücüdür, ancaq Formula1 üçün vaxta ehtiyacı var. Helmut bunu bilirdi və buna görə də onunla müqavilə bağlaması təəccüblü idi.
Frants Tostun ağlında De Frizdən fərqli sürücü var idi. O, bilir ki, debütantlar gec inkişaf edir və ən ideal sürücünün Mik Şumaxer olduğunu düşünürdü. Ancaq Mark ya şəxsi səbəblərə görə ya da başqa səbəbə görə Miki istəmədi.
Belə görürəm ki, Markonun Şumaxer soyadı ilə ya da Miklə şəxsi-qərəzliyi var. Əks halda danışıqların belə olmaması məni çox təəccübləndirir. Özü də Red Bull-un Almaniyada elə də güclü bazarı yoxdur. Komandanızda bir Şumaxerin olması böyük effekt yaradardı”.
Qeyd edək ki, Mik Şumaxer hazırda Mercedes komandasının ehtiyat sürücüsüdür və onun Williams ilə yarışması gündəmdədir.