F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionunun Mercedes-lə müqaviləsi 2023-cü ilin sonunda bitəcək. Onun müqavilə uzadıb-uzatmayacağı hələ də müəmmalıdır.
Ralf Şumaxer: “Lyuis ən güclü sürücülərdən olsa da, gənc deyil. Vaxt onun xeyrinə işləmir və buna görə də hadisələrin necə cərəyan edəcəyini demək müəmmalıdır.
Mikin Mercedes-də olması hər iki tərəf üçün də yaxşıdır. Mercedes-in rəhbəri Toto Volff da dedi ki, Mik istedadına görə əsas komandada yarışmağa qadirdir.
Məncə, 2024-cü ildə yaxşı seçimlər olacaq. Audi həm Mik üçün, həm də onlar üçün məntiqli seçim olar. Lakin Mercedes-də də şans qazana bilər”.