F-1.az xəbər verir ki, gənc Şumaxerin əmisi onun istənilən komandaya xeyir verə biləcəyini düşünür.
Ralf Şumaxer: “Mikin iştirakı istənilən komandaya xeyir verəcək. Müasir maşınları tanıyır, onlarla yarışıb və təcrübəsi var. Bütün traslara bələddir. Üstəlik, onun özü üçün də Mercedes-lə əməkdaşlıq əla fürsətdir.
Nəzəri cəhətdən o, mövsüm ərzində dörd sərbəst yürüşlərdə iştirak edə bilər ki, bu da gələcəkdə əsas pilot kimi müqavilə şanslarını artıracaq”.