R.Şumaxer: Markonun ailəmizlə problemləri var

Sabiq Formula1 pilotu hesab edir ki, qardaşı oğlunun hazırda yarışmamasının səbəbkarlarından biri də Helmut Markodur.

F-1.az xəbər verir ki, Ralfın fikrincə, bəzi şəxsi səbəblər Red Bull-un idman məsləhətçisi Helmut Markonun Pyer Qaslinin yerinə lazım olanda Mik Şumaxeri AlphaTauri-yə aparmasına mane olub.

Ralf Şumaxer: “Komandanın rəhbəri Frants Tost əvvəlcə başqa sürücü istəyirdi, çünki o bilirdi ki, pilotlara rahatlıq əldə etmək üçün iki-üç il lazımdır. Mikdə bu mövcud idi, onun komandaya dəvəti ədalətli olardı, lakin sonra şəxsi və ya başqa səbəblərə görə Nik de Frisi seçən Helmut Marko meydana çıxdı.

Markonun Şumaxer soyadı ilə bağlı problemləri var. Şəxsən mən onunla həmişə yaxşı ünsiyyət qurmuşam, amma görünür, Miklə bəzi problemləri var. Əks halda niyə belə etdiyini başa düşmürəm. Düzünü desəm, o anda komandaya uyğunlaşa biləcək başqa birini görmürəm”.

Xatırladaq ki, gənc Şumaxer keçən il əsas pilot kimi yarışdığı Haas-dan göndərilib və hazırda Mercedes komandasının ehtiyat sürücüsüdür. Bəzi mənbələr Toto Volffun ona peletonda yer axtardığını, bunun üçün də ilk növbədə Williams-a üz tutduğunu deyir – avstriyalı menecer alman sürücünü Loqan Sarcentin yerinə yarışdırmaq istəyir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*