F-1.az xatırladır ki, britaniyalı sürücü son qələbəsini 2021-ci ilin Ciddə yarışında əldə edib. O, artıq 28 yarışdır ki, qələbəyə həsrətdir və üstəlik keçən mövsümü komanda yoldaşı Rassellin gerisində bitirib. O, bu il də Rassellə qarşı mübrizədə elə də üstün deyil.
Ralf Şumaxer: “Lyuis qələbəsizliyə öyrəşməyib. Diqqət cəlb etmək istəyir və bu da paltarlarında əks olunur. Mayamidə komanda yoldaşı Rasselldən geridə qaldı. Bu da Həmilton üçün böyük bir cəzadır. Bu il sıralanma turunda komanda yoldaşında geridə qalır.
Hazırda hamı ümid edir ki, Red Bull maşınlarında bir şey işləməsin. Onda rəqiblərin şansı olacaq. Yeniliklərdən sonra isə Mercedes yenidən geri dönə bilər. Mercedes Avropaya tamamilə yeni bir konseptlə gedəcək”.
Qeyd edək ki, Mercedes komandası İmolaya tamamilə yenilənmiş paket gətirəcək.