F-1.az xatırladır ki, finalndiyalı sürücü 2007-ci ildə Dünya Çempionu olduqdan sonra bir də çempionluq uğrunda mübarizəyə qoşulmamışdı.
Ralf Şumaxer: “Formula1-də yarışdığım zaman daha az yarış olurdu, amma karyeramın sonlarında çox yorulurdum. Bir sürücünün həyatı Formula1-ə görə formalaşır. Səhər durub sadəcə işinizi düşünərsiniz. Axşam yatanda da elə… Özəl həyatınız olmur.
Böyük qardaşı Mixael həddi aşaraq, fiziki cəhətdən qeyri-adi formada gücləndi. Kimi Rəykkönenin isə dünya vecinə deyildi. Ona görə çempion olması üçün meqa istedad olmalı idi. Bir dəfə çempion oldu və bunun bəs elədiyini düşündü. Kimi daha intizamlı olsa, daha artığını edərdi”.