F-1.az xatırladır ki, Williams komandası ikillik rəhbəri Yost Kapito və texniki direktoru Fransua-Ksavye Demezon ilə yollarını ayırıb. Bütün bunlar göstərir ki, Dorilton Capitol şirkəti Yostun işindən narazı qalıb.
Ralf Şumaxer: “Yostun komandadan göndərilməsi mənim üçün gözlənilməz idi. Yəqin ki, onu komandadan biri əvələyəcək. Məncə, sərmayədarlar ondan narazı qaldığı üçün yollar ayrıldı. Sadəcə Kapitonun yox, digər əsas işçinin də ayrılması buna sübutdur. Yosta görə məyusam. Sərmayədarlar çox səbirsiz davrandı. Ona vaxt verməli idilər”.