F-1.az xatırladır ki, Haas komandası Mik Şumaxerin müqaviləsini uzatmaq istəmir. Hətta bəzi qaynaqlar xəbər verir ki, Amerika komandası almaniyalı sürücünün əvəzinə Niko Hülkenberqlə anlaşıb.
Ralf Şumaxer: “Son yarışlara baxsaq, hər şeyin mümkün olduğunu deyə bilərik. Maqnussen artıq əvvəlki kimi deyil. Silverstoun yarışından bəri Mik daha stabil performans göstərir. Onun bəzi yarışlarda bəxti gətirmədi.
Meksikada Mik bəzən Maqnusseni 0.5 saniyə qabaqlayırdı. Buna görə də bir neçə yarış gözləmək lazımdır. Ümid edirəm ki, Haas qərarını verər. Bəlkə də, gələn il peletonda iki almaniyalı sürücü olacaq”.