R.Şumaxer: Həmilton maaşdan imtina etməlidir

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer bildirib ki, Lyuis Həmilton birillik maaşından imtina etməlidir.

F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə bütün idman tədbirləri təxirə salınıb. Formula1 də bu vəziyyətdən təsirlənib və mövsümün ilk 8 yarışı ya təxirə salınıb ya da ləğv olunub. Belə olan halda komandalar pul qazana bilmirlər. Ancaq işçilərinə, mühəndislərinə və sürücülərinə maaş verir.

Barselona komandasının futbolçusu Lionel Messi, Juventus komandasının futbolçusu Kriştianu Ronaldu maaşlarının bir hissəsindən imtina ediblər. Ralf Şumaxer eyni addımı Həmiltondan da gözləyir: “Təkcə kiçik komandalar üçün yox, böyük komandalar üçün də narahat olmalıyıq. Böyük şirkətlərə nə olacaq? Bunu heç kəs proqnozlaşdıra bilməz. Minlərlə işçidən danışırıq. Çətin günlərin keçməsini istəyən minlərlə adam var. Məsələn, Ferrari-nin hazırda yarışdan böyük dərdi var.

Sürücülər maaşlarından imtina edə bilərlər. Həmilton ilk addımı atmalıdır. Məsələn, Williams və Haas kimi komandalarda vəziyyət necədir bilmirəm. Onlar risk altında olan iki komandadır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*