F-1.az xatırladır ki, almaniyalı sürücü son illərdə ətraf mühiti qorumaq üçün bəzi aksiyalara qoşulmuşdu. Onlardan biri də yarışdan sonra trasda qalıb zibilləri yığmaq idi.
Ralf Şumaxer: “Sebastyan Fettel böyük uğurlar qazanmış dördqat Dünya Çempionudur. Formula1 onun üçün darıxacaq.
Heyif ki, Aston Martin karyerası çətin keçdi. Hər şeyin daha fərqli olmasını istəyərdim.
Bundan başqa o, ətraf mühiti qorumaq adına işlər də görürdü. Bu mövzuda çox tənqidi yanaşma göstərirdi. Ətraf mühiti qorumaq vacib olsa da, Formula1 kimi bir yerdə belə mövzuda çox sərt idi”.