R.Şumaxer: Ferrari sürücülərinin səhvləri artır

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer düşünür ki, Ferrari-də sürücü səhvləri çoxalır.

F-1.az xatırladır ki, Şarl Lekler Mayami Qran Prisində iki dəfə qəza edib. Karlos Sayns isə pit-stop zamanı sürət həddini aşıb və 5 saniyə zaman cəzası alıb.

Ralf Şumaxer: “Bir az səbirli olmalıdırlar, çünki sürücülərin səhvləri artmaqdadır. Təcrübəli Karlos Sayns yenidən beşsaniyəlik zaman cəzası almamalıdır.

Yarış templəri yenə bərbad idi və komandada heç nə dəyişməyib. Gedişat heç də yaxşı deyil”

Xatırladaq ki, Ferrari sürücüləri Mayamiyə 3 və 7-ci yerlərdə başlasalar da, finişə 5 və 7-ci yerlərdə çatıblar. Üstəlik onlar əzəli rəqibləri olan Mercedes komandasının sürücülərinə keçiliblər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*