F-1.az xatırladır ki, Ferrari Bəhreyndə ürəkaçan performans göstərməyib. Şarl Lekler yarışı bitirə bilməyib. Karlos Sayns isə lider Ferstappendən 48 saniyə geri qalaraq, 4-cü olub.
Ralf Şumaxer: “Bolidi düzəltmələri vaxt alacaq və buna qədər Red Bull fərqi açaraq, uzaqlaşacaq. Yarışdan əvvəl Cok Klia demişdi ki, boliddə təkər yeyilməsi problemi yoxdur. Öz dəyərləndirmələrində necə belə böyük səhv edirlər? Bunu testlərdə görmək mümkün idi”.