F-1.az xatırladır ki, Massa 2016-cı ilin sonunda təqaüdə çıxsa da, Valtteri Bottasın Mercedes komandasına transferindən sonra yenidən Williams komandası ilə Formula1-ə qayıdıb.
Braziliyalı sürücü son mövsümdə zəif performans göstərsə də, builki qış testlərində ən yaxşılardan biri olub.
Qeyd edək ki, Massa sonuncu qələbəsini 2008-ci ilin Braziliya Qran Prisində qazanıb.
Rob Smedli: “Yeni bolidlər Massanın sürüş tərzinə çox uyğundur. Hazırkı bolidlər onun uğur qazandığı illərdəki bolidlərə çox bənzəyir. 2008-ci ildəki kimi daha enli ön təkərlər və daha çox asfaltla ilişmə var. Son 7 ildə bu yox idi və yeni bolidlər ona kömək edir.
Felipeyə ön tərəfi güclü bolid versəniz, arxa tərəf də güclü olar. Bu, onun sürüş tərzi üçün əlverişlidir. Gördüyünüz kimi çox rahatdır. Son bir neçə gündə minlərlə km məsafə qət etdi və yeni təkərlərə baxmayaraq, heç səhv etmədi. Sözün açığı, yeni boliddə özünü rahat hiss edir”.