R.Smedli: “Strolla 6 ay vaxt verməliyik”

Williams komandasının yarış mühəndisi Rob Smedli bildirib ki, debütant Strollu 6 aydan sonra tənqid etmək lazımdır.

F-1.az xatırladır ki, Stroll testlərin ilk həftəsində iki dəfə insident yaşamış və hər iki halda da günü vaxtından əvvəl bağlamışdı. Amma 18 yaşlı sürücü testlərin ikinci həftəsində yaxşı performans göstərmişdi.

Rob Smedli: “Əgər Ləns də Felipe ilə eyni şəraitdə dövrələr vursaydı, o da 1:19.6 zaman nəticəsi göstərə bilərdi. Hazırda Strollun özünə inama ehtiyacı var. Melburn onun üçün çox çətin olacaq. Peletondakı yeganə debütant sürücüdür və səhvlərə görə onu sərt formada tənqid etməməliyik.

Üzərindəki təzyiq böyükdür. Hələ 18 yaşı var və çox sürətli bolidləri idarə etməyə başlayacaq. Avstraliya yarışına 180 dəqiqəlik təcrübə ilə gedəcək. Ona 6 ay vaxt verməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*