Rob Smedli: “Sıralanma turu bizim üçün pis oldu. Sərbəst yürüşlərdə çox yaxşı təsir bağışlayırdıq. Lakin lazım olan anda istənilən nəticəni əldə edə bilmədik. Buna görə də məyusuq. Biz Ferrari-dən cəmi 0.1-0.2 saniyə geri qalırdıq. Nəticələrimizi daha da yaxşılaşdırmalı idik, amma bacarmadıq.
Lakin yarışa nikbin baxmalıyıq. Hər iki sürücümüz trasın təmiz tərəfindən start alacaqlar və təkər seçimində sərbəst olduğumuza görə yaxşı strategiya seçimi edə bilərik. Maşın sürətlidir – yarış simulyasiyasında da qənaətbəxş görünürdü. Əminəm ki, yarışda xallar qazana biləcəyik”.