R.Smedli: “Mühərriklər arasındakı fərqlər bağlanıb”

Williams komandasının yarış mühəndisi Rob Smedli bildirib ki, Formula1 mühərrikləri arasındakı fərqlər artıq bağlanmağa yaxındır.

F-1.az xatırladır ki, Formula1-ə 1.6 litr həcmli V6 turbo mühərriklər gəldikdən sonra, Mercedes komandasının hegemonluğu başlandı. Amma bu ildən etibarən digər istehsalçılar Mercedes-lə fərqi bağlamağa başlayıblar.

Rob Smedli: “Sıralanma üçün ideal deyil, amma bu açıq-aydın hiss olunur. Sürət ölçmə zonalarına baxsanız, görərsiniz ki, DRS olsa da, olmasa da, hava kisəsi olsa da, olmasa da, əvvəlki kimi fərq yoxdur. Artıq zirvədəki komandalar bir-birlərinə daha yaxındırlar”.

Xatırladaq ki, Honda mühərrikləri keçən il geridə olsalar da, bu il fərqi xeyli bağlaya biliblər.

Rob Smedli: “Hamı fərqi bağlayır. Honda bir az işləməlidir, amma idmana bir il gec gəldikləri üçün geridə qalmaqları normaldır. Amma fərqlər sizin düşündüyünüz kimi böyük deyil. Mercedes, Ferrari və Renault mühərrikləri arasındakı fərqlər artıq azalıbdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*