F-1.az xatırladır ki, Massa Braziliya yarışında qəza edərək mübarizəni vaxtından əvvəl dayandırmış və qəza etdiyi yerdən pitə qədər Braziliya bayrağı ilə gəlmişdi. Yağışın altında ağlayaraq Williams qarajına gələn Massanı Ferrari və Mercedes işçiləri alqışlayaraq qarşılamışdılar.
Rob Smedli: “Ona qarşı olan bu sevgini görmək inanılmaz idi. Onunla əlaqəsi olmayan və ya yaxınında olmayan başqa bir komandanın işçiləri qarajdan çıxaraq onu alqışladılar. Ferrari-dəki bütün işçilər onu dəstəklədilər, çünki orada da çox sevilirdi. Nə olursa-olsun, bu inanılmaz idi. Ailəsi də orada idi və hamısı onu qucaqladı. Onu dəstəkləmək üçün orada olmaları çox vacib idi. O, Formula1-də əla iş gördü. Ölkəsi üçün də. Onunla fəxr edirik!”