R.Smedli: “Massanın karyerası Almaniya yarışından sonra dəyişdi”

Rob Smedli bildirib ki, 2010-cu ilin Almaniya yarışından sonra Felipe Massanın karyerası tamamilə dəyişmişdi.

F-1.az xatırladır ki, 2010-cu ilin Almaniya yarışında Massa birinci, komanda yoldaşı Alonso isə ikinci yerdə gedirdi. Amma yarışın sonuna yaxın Massanın yarış mühəndisi Rob Smedli braziliyalıya “Fernando səndən sürətlidir. Bu mesajı təsdiqləyirsən?” demiş və Alonsonu buraxmasını istəmişdi. Massa da bu mesajdan dərhal sonra yavaşlayaraq Alonsonu buraxmış və ispaniyalı qələbə qazanmışdı. Həmin dövrlər komanda əmri vermək yasaq idi.

Rob Smedli bildirib ki, Massa həmin hadisədən sonra komandada çətin dövrlər keçirməyə başlayıbmış: “Çətin vəziyyət idi. Çünki dönüş nöqtəsi idi və komandanın artıq haraya fokuslandığını başa düşmüşdü. Doğru və ya səhv bunu bilirsiniz.

Mən komandanın Alonsoya fokuslanmasına doğru və ya səhv demirəm. Bu barədə heç nə deməyəcəm. Fernandonun mükəmməl sürücü olduğunu düşünürəm. Fernandonun güclü sürücü olduğunu demək üzrə rekord qırmışam. Felipe bunu başa düşəndə geridönüş etmək çox çətin oldu”.

Smedli bu mesajdan sonra Massadan üzr istəsə də, bu cür mesajların doğru olmadığını düşünür: “Bilirsiniz ki, mən bu mesajla razı deyiləm. Şəxsən o mesajı vermənin doğru olmadığını düşünürəm. O mesajımda da qərarla razı olmadığımı demişdim. O hadisədən sonra Ferrari-də çətin günlər keçirə bilərdim.

Düzünü desək, bunu etməyin daha yaxşı yolları var idi. O dövrlər iki sürücü arasındakı performans fərqi çox deyildi. Bir yarışda Felipe, bir yarışda Fernando daha sürətli idi. Bu hadisə heç nədən meydana gəldiyi üçün Felipe hadisələrə nəzarət etməkdə çətinlik çəkdi.

Yarış üçün bir strategiya seçmişdik. Necə nəticələnəcəyini bilirdik və heç nə planlaşdırdığımız kimi getmədi. Bu mövzu yarışda əsəblərimizi pozdu. Yarışırdı, lider idi və bu halla üzləşdi. Eyni zamanda Fetteldən uzaqlaşırdılar. Həmin vaxt bu hadisələri başa düşməkdə çətinlik çəkdi. Niyə bunu edirdik? Bunu etməyin nə mənası var idi? Hələ Almaniyada idik və mövsümün son yarışı deyildi.

Mövsümün ortasında idik. Nə baş verirdi? Buna görə də hadisələrə nəzarət etməkdə çətinlik çəkdi.

Məncə, biz doğru olanı etdik. Mənim üçün “komanda oyunçusu deyil” dedilər, amma mən Ferrari-də çox çətin komanda oyunu oynadım. Oynadığım üçün də xoşbəxt idim. Qaydalar açıq olanda oyun oynamaq hamının xoşuna gəlir. Qaydalar açıq və masanın üstündə olsa, problem olmaz, amma qaydalar oyunun ortasında dəyişirsə və qaydaların dəyişdiyini bilmirsinizsə və digər qrup qaydaların dəyişdiyini bilirsə, yaranan vəziyyətə nəzarət etmək çətin olur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*