R.Smedli: “Massa 2008-ci ildəkindən də güclüdür”

Williams komandasının baş yarış mühəndisi Rob Smedli düşünür ki, Felipe Massa hazırda 2008-ci ildə olduğundan daha güclüdür...

F-1.az xatırladır ki, Massa 2008-ci ildə çempionluğu son anda əldən vermişdi. 2009-cu ildə isə Macarıstan QP-də qəza edərək, mövsümü yarımçıq saxlamışdı. Massa 2010-cu ildə Formula1-ə qayıtsa da, 2008-ci ildəki performansından əsər-əlamət qalmamışdı.

Amma Ferrari komandasında da Felipe Massanın yarış mühəndisi işləmiş Rob Smedli bildirib ki, Massa hazırda əla formadadır: “Massa o vaxt olduğu kimi yaxşıdır. O gücündən heç nə itirməyib. Hətta o vaxt olduğundan daha güclüdür, çünki artıq daha təcrübəlidir.

Təkərlər 2008-ci ildə daha yaxşı idi və yarış indikindən fərqli idi. Massa son 2 ildə təkərləri daha səmərəli istifadə etməyi öyrəndi. Meksikada təkərləri mükəmməl istifadə etməsi buna əyani sübutdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*