R.Smedli ağlayıb

Ferrari komandasının sabiq harış mühəndisi Rob Smedli bildirib ki, 2008-ci ilin Braziliya yarışından sonra ağlayıb.

F-1.az xatırladır ki, 2008-ci il mövsümündə Massa və Həmilton son döngəyə qədər çempionluq uğrunda mübarizə aparmışdılar. Braziliyalı sürücü sonuncu İnterlaqos yarışında finiş xəttini keçdikdən sonra 38 saniyə ərzində Dünya Çempionu olsa da, Həmilton son döngələrdə Timo Qloku ötərək, yarışı beşinci yerdə bitirmiş və bu nəticə britaniyalı pilota ilk titulunu qazandırmışdı. Qeyd edək ki, həmin il yarış qalibinə 10 xal verilirdi və Massa sonuncu Braziliya yarışına lider Həmiltondan 7 xal geridə gəlmişdi. Rob Smedli: “McLaren ilə arada böyük fərq var idi. Bolidləri güclü idi və çempionatın taleyi onların əlində idi. Hələ Braziliyaya gəlməmişdən qabaq İtaliyada mühəndisləri və mexanikləri qonaqlığa apardım və dedim ki, İnterlaqosa yarışdan həzz almağa gedirik. Bu, üzərimizdəki təzyiqi azaltmaq üçün ən yaxşı üsul idi, çünki maşınımız çox mükəmməl idi. Son dövrədə baş verənləri xatırlayıram. Baş yarış mühəndisimiz Culyano mənimlə davamlı söhbət edirdi. Lyuisin harada olduğunu deyirdi. Bu, normal söhbət idi. Emosialarımzı biruzə vermirdik, çünki iş davam edirdi. GPS-dən baxırdım. Felipe finiş xəttini birinci keçdi və Lyuis 12-ci döngədə idi. Sonra Lyuisin gəldiyini gördüm. Hamı üstümə gəlib məni qucaqlayırdı və “bacardıq! Biz Dünya Çempionuyuq!” deyirdi. Ancaq mən onlara “Xeyr, bacarmadıq” dedim. Həmin an eyni zamanda Felipeylə danışırdım. Hər şey bitdikdən sonra öz otağıma keçdim və bir saat ərzində ağladım. Tək idim və yanımda heç kim yox idi. Həyat yoldaşıma zəng elədim və onunla danışmaq çətin idi, çünki o da məyus idi. Karyeramın ən pis anı idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*