R.Rast: Enerjim bitmişdi

McLaren komandasının sürücüsü Rene Rast bildirib ki, Diriyədə podiumu qazanmaq çətin olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü sona qədər Sem Bördün önündə qalaraq, McLaren-ə bu il ilk podiumu qazandırıb.

Rene Rast: “Startda üçüncü yerə yüksəldim və yarışı nəzarətdə saxlamağa çalışırdım. Birdən liderliyə yüksəldim və çox enerji istifadə etdim, çünki hava koridoru yox idi. Maşında güc azalırdı və rəqiblərimin daha çox enerjisi var idi. Bilirdim ki, Paskal və Ceykin enerjisi çoxdur və icazə verdim ki, məni keçsinlər.

Sonra Semə qarşı müdafiə olundum və onun enerjisi məndən 3 faiz çox idi. Buna görə son 6 dövrədə müdafiə olundum. 18-ci döngədə məni keçsə də, döngəni ala bilmədi və onu yenidən geridə qoydum. Son döngəyə qədər mübarizə apardıq. Son döngədən əvvəl enerjim bitsə də, maşını finişə çatdırıb üçüncü ola bildim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*