F-1.az xatırladır ki, bütün komandalar İspaniyaya çoxlu yeniliklər gətiriblər. Bəziləri hər iki bolid üçün yeniliklər gətirsə də, bəzi komandalar sadəcə bir maşın üçün yenilik gətirə biliblər. Haas komandası da İspaniyaya bir paketlə gələnlər arasındadır. Buna görə də yeni paketi kimin istifadə etməsinə qərar vermək üçün sürücülər arasında püşk atılıb və qalib gələn Kevin Maqnussen olub. Danimarkalı sürücü yeniliklərdən cümə günü, Qrojan isə şənbə günü istifadə edəcək.
Roman Qrojan: “Yenilikləri şənbə gününə qədər ala bilməyəcəm. Bu yaxşı hal deyil. Hazırda sadəcə 1 ədəd paket var və bunu mən götürə bilmədim. Çox böyük yenilikdir və görək nə olur. Püşk atdıq və həmişəki kimi bəxt məndən üz döndərdi”.